Qarabağdan Ermənistana qaçan terrorçu Vitali Balasanyan silahlarını ölkə polisinə təhvil verərək təslim olub.
BUTA.TV Globalinfo.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb. Məlumata görə, Balasanyan mərkəzi polis idarəsinə gedib, özünü təqdim edib və üzərindəki 16 ədəd 9 mm çaplı patronla ilə doldurulmuş 2 ədəd darağı olan “Makarov” tipli tapançanı təhvil verib.
İstintaq komitəsindən bildirilib ki, Ermənistan qanunvericiliyinə uyğun olaraq məsələ ilə bağlı cinayət işi başlanıb. Silahların qanuni olub-olmaması araşdırılır.
- Kirayədə yaşayanlara 300 manat cərimə
- Səhhəti pisləşən Aygün Kazımova konsertini təxirə saldı
- Bakıda 7 marşrutun hərəkət sxemi dəyişdirilir - Səbəb
- DOST Agentliyində işləmək istəyənlərin diqqətinə!
- İsmayıllıda sel suları yolu dağıtdı: 4 kəndlə əlaqə kəsildi
- Partlayışda yaralanan, canı ilə çəkişən həkim haqda mühüm fakt
- Ağdamda ağır qəza: ölənlər var
- Bu marşrut avtobusları yenilənir