"Qarabağ"ın futbolçusu Abdullah Zubir iki klubun diqqət mərkəzindədir.
BUTA.TV Report-a istinadən xəbər verir ki, adı hələlik açıqlanmayan Fransa Liqa 1 təmsilçisi 32 yaşlı yarımmüdafiəçi ilə maraqlanır. Səudiyyə Ərəbistanından "Əl-Riyad" da Zubiri transfer etmək istəyir.
Qeyd edək ki, Abdulla Zubir 2018-ci ildən "köhlən atlar"ın şərəfini qoruyur. Onun hazırkı müqaviləsinin müddəti 2024-cü ilin yayında başa çatacaq. Peşəkar karyerasına Fransanın "Qrenobl" klubunda başlayan futbolçu bu ölkədə "İstr" və "Lans" kimi komandaların da formasını geyinib.
- Kirayədə yaşayanlara 300 manat cərimə
- Səhhəti pisləşən Aygün Kazımova konsertini təxirə saldı
- Bakıda 7 marşrutun hərəkət sxemi dəyişdirilir - Səbəb
- DOST Agentliyində işləmək istəyənlərin diqqətinə!
- İsmayıllıda sel suları yolu dağıtdı: 4 kəndlə əlaqə kəsildi
- Partlayışda yaralanan, canı ilə çəkişən həkim haqda mühüm fakt
- Ağdamda ağır qəza: ölənlər var
- Bu marşrut avtobusları yenilənir