Fransadan alınan silahların çatdırılması illər çəkə bilər.
BUTA.TV xəbər verir ki, bu sözləri erməni hərbi ekspert Leonid Nersisyan Fransanın Ermənistana GM-200 və “Mistral” satışı ilə bağlı saziş və anlaşma memorandumu imzalaması haqda deyib.
O bildirib ki, əgər bu alqı-satqı sazişi Ukrayna müharibəsinə qədər olsaydı, onda Ermənistana hazır silahların veriləcəyini düşünmək olardı:
“Fransa bütün hava hücumundan müdafiə eşelonlarını istehsal edən nadir Qərb ölkələrindən biridir – “Rapid Fire” zenit silahından tutmuş Rusiyanın uzaqmənzilli S-300 kompleksi ilə müqayisə olunan “Aster” zenit-raket sistemlərinə qədər. Ermənistan üçün yaxın və ortamənzilli sistemlər yararlıdır, o cümlədən yaxınmənzilli “Mistral” müdafiə sistemi və xarakteristika baxımından Rusiyanın “Tor-U” sisteminə bənzəyən “Crotale MK3” yaxınmənzilli raket kompleksi.
14 yaşlı qızla hamamda ölən Yusufla bağlı ŞOK GÖRÜNTÜLƏR yayıldı - VİDEO
Ermənistan üçün xüsusi maraq doğuran silah sistemlərindən biri də Rusiyanın “Buk” sinfinə yaxın olan “Mica” ortamənzilli sistemidir. Mərakeş bu sistemin bir batereyasını 2020-ci ildə 100 milyon dollara alıb. Ermənistan isə 4-nü ala biləcək imkandadır”.
Ekspert vurğiulayıb ki, alınan silahların istehsalı ən azı bir il çəkə bilər və bu müddət ərzində təlimlər də təşkil oluna bilər.
“Bütün fransız sistemləri bir-biri ilə inteqrasiya olunub, bu, bütün avtomatlaşdırılmış idarəetmə sisteminin birlikdə istifadəsinə imkan verir ki, bu da səmərəliliyi artırır”, - deyən Nersisyan bir neçə sistem almağın lazım olduğunu bildirib.
- Kirayədə yaşayanlara 300 manat cərimə
- Səhhəti pisləşən Aygün Kazımova konsertini təxirə saldı
- Bakıda 7 marşrutun hərəkət sxemi dəyişdirilir - Səbəb
- DOST Agentliyində işləmək istəyənlərin diqqətinə!
- İsmayıllıda sel suları yolu dağıtdı: 4 kəndlə əlaqə kəsildi
- Partlayışda yaralanan, canı ilə çəkişən həkim haqda mühüm fakt
- Ağdamda ağır qəza: ölənlər var
- Bu marşrut avtobusları yenilənir