Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğanın növbəti telefon danışığında Yaxın Şərqdəki kəskin böhranlı vəziyyətin müzakirəsi davam etdirilib.
BUTA.TV xəbər verir ki, bu barədə Kremlin mətbuat xidmətinin məlumatında deyilir.
Məlumata görə, söhbət zamanı mülki əhali arasında itkilərin sayının artması və Qəzza zolağında humanitar vəziyyətin fəlakətli şəkildə pisləşməsi ilə bağlı dərin narahatlıq ifadə olunub, yaşayış məntəqələrinə, dini və sosial obyektlərə zərbələr endirilməsinin yolverilməzliyi vurğulanıb:
“Rusiya tərəfinin BMT Təhlükəsizlik Şurası vasitəsilə həyata keçirdiyi fəal səylər, eləcə də Türkiyənin qan tökülməsinin dayandırılması və humanitar yardımın ehtiyacı olanlara maneəsiz çatdırılması istiqamətində atdığı müvafiq siyasi və diplomatik addımlar nəzərdən keçirilib.
14 yaşlı qızla hamamda ölən Yusufla bağlı ŞOK GÖRÜNTÜLƏR yayıldı - VİDEO
Rusiya və Türkiyənin mövqelərinin praktiki olaraq üst-üstə düşdüyü və müstəqil Fələstinin yaradılmasını nəzərdə tutan məşhur iki dövlət formulunun həyata keçirilməsinə yönəldiyi vurğulanıb”.
Bundan başqa, Rusiya ilə Türkiyə arasında qarşılıqlı əməkdaşlıq məsələlərinə də toxunulub.
“Vladimir Putin Rəcəb Tayyib Ərdoğanı qarşıdan gələn Türkiyə Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə təbrik edib, bütün vətəndaşlarına rifah və firavanlıq arzulayıb”, - Kremlin bəyanatında deyilir.
- Kirayədə yaşayanlara 300 manat cərimə
- Səhhəti pisləşən Aygün Kazımova konsertini təxirə saldı
- Bakıda 7 marşrutun hərəkət sxemi dəyişdirilir - Səbəb
- DOST Agentliyində işləmək istəyənlərin diqqətinə!
- İsmayıllıda sel suları yolu dağıtdı: 4 kəndlə əlaqə kəsildi
- Partlayışda yaralanan, canı ilə çəkişən həkim haqda mühüm fakt
- Ağdamda ağır qəza: ölənlər var
- Bu marşrut avtobusları yenilənir