HƏMAS və Putin ayrı-ayrı təhlükələrdir, amma onları birləşdirən bir cəhət var: Hər ikisi qonşuluqlarındakı demokratiyanı məhv etmək istəyir.
BUTA.TV xəbər verir ki, bunu ABŞ Prezidenti Co Bayden xalqa müraciətində deyib.
Onun sözlərinə görə, İsrail və Ukraynanın uğurları ABŞ-ın milli təhlükəsizliyi üçün çox vacibdir:
“Evimizdə bəzi fikir ayrılıqları var və onları aradan qaldırmalıyıq. Biz xırda, qərəzli, qəzəbli siyasətin böyük dövlət kimi məsuliyyətimizə qarışmasına imkan verə bilmərik. Biz HƏMAS kimi terrorçuların və Putin kimi tiranların qalib gəlməsinə imkan verə bilmərik və verməyəcəyik. Tarix göstərir ki, terrorçular və tiranlar cəzasız qalanda daha çox xaosa və ölümə səbəb olurlar. Belə anlarda kim olduğumuzu xatırlamalıyıq. Biz Amerika Birləşmiş Ştatlarıyıq. Əgər biz bir olsaq, bizim üçün mümkünsüz heç nə yoxdur. İran Rusiyanı və HƏMAS-ı dəstəkləyir, biz onları məsuliyyətə cəlb edəcəyik.
14 yaşlı qızla hamamda ölən Yusufla bağlı ŞOK GÖRÜNTÜLƏR yayıldı - VİDEO
Buna görə də sabah mən İsrail və Ukrayna da daxil olmaqla, mühüm tərəfdaşlarımızı dəstəkləmək, ABŞ-ın milli təhlükəsizliyi ehtiyaclarını maliyyələşdirmək üçün Konqresə təcili büdcə sorğusu təqdim etməyi planlaşdırıram”.
Bayden əminliklə bildirib ki, HƏMAS Fələstin xalqını təmsil etmir:
“HƏMAS fələstinlilərdən canlı qalxan kimi istifadə edir və bu insanlar onlara görə əziyyət çəkirlər. Qəzza zolağında yaşayan insanların humanitar yardıma, qidaya və dərmana ehtiyacı var və səfərim zamanı mən İsrail və Misir rəhbərliyi ilə BMT-nin Qəzza zolağında yaşayan insanlara yardım göndərəcəyi ilə bağlı razılığa gəldim”.
- AMB-yə 10-cu baş direktor təyin edildi - Foto
- İlham Əliyevin bu görüntüsü diqqət çəkdi - Foto
- Prezidentin oğlu və gəlini açılışda - Foto
- Prezident İslam Səfərli küçəsinin açılışında iştirak etdi
- AMB "Baku Pay"ə icrası məcburi göstəriş verdi
- Bakıda əməliyyat: “bank əməkdaşları” saxlanıldı - Video
- Bakıda müalicə müəssisəsindən xəstələr qaçıb?
- Nərimanovda bu mənzillərin satışı davam edir! - "Kristal"