Xarici işlər naziri Ceyhun Bayramov İsrail-Fələstin münaqişə zonasında baş verən son hadisələr ilə bağlı İslam Əməkdaşlıq Təşkilatının İcraiyyə Komitəsinin nazirlər səviyyəsində Səudiyyə Ərəbistanı Krallığının Ciddə şəhərində keçirilən növbədənkənar iclasında iştirakı çərçivəsində Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidan ilə görüşüb.
Bu barədə BUTA.TV-a Xarici İşlər Nazirliyindən bildirilib.
Vurğulanıb ki, görüş zamanı ikitərəfli strateji müttəfiqlik münasibətlərinin gündəliyi, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri, regionda baş verən son proseslər, eləcə də Azərbaycan-Ermənistan arasında sülh gündəliyinin perspektivləri müzakirə olunub.
İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının Şuşada keçirilmiş 27-ci iclasında müzakirə edilən məsələlər və iki ölkənin ilin sonunadək çoxtərəfli formatda keçirələcək tədbirlərdə iştirakı ilə bağlı fikir mübadiləsi aparılıb.
14 yaşlı qızla hamamda ölən Yusufla bağlı ŞOK GÖRÜNTÜLƏR yayıldı - VİDEO
Nazirlər, həmçinin geniş regionda baş verən prosesləri müzakirə ediblər.
- Nərimanovda bu mənzillərin satışı davam edir! - "Kristal"
- Sabirabadda Kür çayı məcrasından çıxdı
- Partlayışda yaralanan həkim dünyasını dəyişdi
- Zakir Fərəcov vətəndaşlarla görüşdü
- Bir qəpik də ödəmədən 117 min kv.metrlik torpaq aldı - Foto
- İlham Haqverdiyev məhkəmə zalından azadlığa buraxıldı
- Bu məktəblərdə mərkəzləşdirilmiş imtahanlar keçiriləcək – İlk dəfə
- Şahin Bağırov dövlətə ödənilən 6 milyarddan danışdı