Azərbaycan Prezidenti İlham Əliyev “Füzuli Şəhəri Günü” və şəhərin azad edilməsinin üçüncü ildönümü münasibətilə füzulililəri təbrik edib.
BUTA.TV xəbər verir ki, Prezident İlham Əliyev oktyabrın 17-də “Füzuli Şəhəri Günü”ndə Füzuli şəhərinə köçmüş sakinlər və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşü zamanı deyib:
"Necə də gözəl bir gündür. Siz mənə “Xoş gəlmisiniz!” deyirsiniz. Mən işğal dövründə həm füzulililərlə, həm digər rayonlardan olan keçmiş köçkünlərlə görüşlərdə dəfələrlə deyirdim ki, gün gələcək, siz mənə “Xoş gəlmisiniz!” deyəcəksiniz və bu gün gəldi. Bu gün Füzulidə bayram günüdür, şəhər günüdür və eyni zamanda, Füzuli şəhərinin işğaldan azad olunmasının üçüncü ildönümüdür. Bu münasibətlə sizi ürəkdən təbrik edirəm, sizə cansağlığı arzulayıram".
- Temperatur 26 dərəcəyə yüksələcək
- Bakıda dünyanın ən mühüm şəhərsalma sərgisi keçiriləcək
- Maaşa dair yeni tələb müəyyənləşir - Son oxunuş
- Prezident onu təltif etdi
- Azərbaycanda hərbçilərin şəxsi jetonu olacaq
- Bakı Limanında yeni körpü istifadəyə verildi - Foto
- Kanal 21-in təsisçisi saxlanıldı
- Toy karvanlarında iştirak edən sürücülərə xəbərdarlıq - Video