Füzulinin timsalında, eyni zamanda, bütün dünya, hətta bunu görmək istəməyənlər görürlər və görməlidirlər ki, erməni vəhşiliyi nədən ibarətdir.
BUTA.TV xəbər verir ki, bu barədə Prezident İlham Əliyev oktyabrın 17-də “Füzuli Şəhəri Günü”ndə Füzuli şəhərinə köçmüş sakinlər və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə bildirib.
Dövlətimizin başçısı qeyd edib: “Biz uzun illər Qarabağ dərdimizin həqiqətlərini dünya birliyinin diqqətinə çatdırmağa çalışanda bəziləri inanmırdı, elələri də var idi ki, inanmaq istəmirdi. Bizim əlimizdə o qədər də böyük sübutlar yox idi. Biz bilirdik ki, hər şey dağıdılıb, viran qoyulub, ancaq bu dərəcədə hətta biz təsəvvür edə bilmirdik. Çünki işğalçı dövlət heç kimi o vaxt bu bölgəyə buraxmırdı, qadağan etmişdi. Nə üçün? Çünki buraya gələn hər bir insan görəcəkdi, erməni vəhşiliyi nədən ibarətdir. Onun təzahürləri hər yerdə görünür”.
- Temperatur 26 dərəcəyə yüksələcək
- Bakıda dünyanın ən mühüm şəhərsalma sərgisi keçiriləcək
- Maaşa dair yeni tələb müəyyənləşir - Son oxunuş
- Prezident onu təltif etdi
- Azərbaycanda hərbçilərin şəxsi jetonu olacaq
- Bakı Limanında yeni körpü istifadəyə verildi - Foto
- Kanal 21-in təsisçisi saxlanıldı
- Toy karvanlarında iştirak edən sürücülərə xəbərdarlıq - Video