Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi hazırlıq planına əsasən, Hərbi Hava Qüvvələrinin (HHQ) helikopter bölmələri ilə təlim keçirilib.
Müdafiə Nazirliyindən BUTA.TV-a verilən məlumata görə, bazalanma aerodromlarından uçuşlar edən helikopterlər təlimin planına uyğun olaraq havaya qalxma və yerə enmə, şərti düşmənə məxsus yerüstü hədəflərin koordinatlarının təyin edilməsi, hava kəşfiyyatının aparılması və digər fəaliyyətlər üzrə qarşıya qoyulan tapşırıqları yerinə yetiriblər. Helikopter bölmələrinin döyüş və praktiki vərdişlərinin təkmilləşdirilməsi məqsədi ilə keçirilən təlimdə hərbi pilotlar yüksək peşəkarlıq nümayiş etdiriblər.
- Məktəblərdə 6 şagirdə 1 kompüter düşür
- Bakıda əsas yollar bağlanır
- Nazir Təranə Əhmədovanı işdən çıxardı - Foto
- Anar Bayramov iki xəstəxanaya rəhbər gətirir
- Azərbaycanın yeni paytaxtı bu şəhər ola bilər
- Bakıda güclü külək əsəcək - Sarı xəbərdarlıq
- Erməni təcavüzü: İtkin düşənlərin sayı yeniləndi
- Bakıda mühüm forum keçirilir - Foto