Azərbaycanda son 1 həftə ərzində (09-15 oktyabr) koronavirus (COVID-19) infeksiyasına yoluxanların və peyvənd olunanların sayı açıqlanıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan BUTA.TV-a verilən məlumata görə, həmin müddətdə infeksiyaya 249 yeni yoluxma faktı qeydə alınıb.
COVID-19-a yoluxan 362 nəfər sağalıb. Həftə ərzində ölüm sayı 10 nəfərdir.
İndiyədək ölkədə ümumilikdə 833 799 nəfərin xəstəliyə yoluxması faktı müəyyən edilib, onlardan 823 205 nəfər müalicə olunaraq sağalıb, hazırda 247 aktiv xəstə var. Bu günə qədər 10 347 nəfər vəfat edib.
14 yaşlı qızla hamamda ölən Yusufla bağlı ŞOK GÖRÜNTÜLƏR yayıldı - VİDEO
Məlumata görə, son həftə ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 4 007, bu günə qədər isə ümumilikdə 7 696 360 test icra olunub.
Eyni zamanda, ölkədə son həftə ərzində vaksin vurulmayıb.
Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı isə 13 969 897 olub.
- Məktəblərdə 6 şagirdə 1 kompüter düşür
- Bakıda əsas yollar bağlanır
- Nazir Təranə Əhmədovanı işdən çıxardı - Foto
- Anar Bayramov iki xəstəxanaya rəhbər gətirir
- Azərbaycanın yeni paytaxtı bu şəhər ola bilər
- Bakıda güclü külək əsəcək - Sarı xəbərdarlıq
- Erməni təcavüzü: İtkin düşənlərin sayı yeniləndi
- Bakıda mühüm forum keçirilir - Foto