Pakistan hökumətinin keçmiş rəhbəri, (Ədalət Uğrunda Hərəkat müxalifət partiyasının sədri İmran Xanın dövlət sirlərini açıqladığı sübut olunarsa, siyasətçi ömürlük həbs və ya ölüm cəzası ilə üzləşə bilər.
BUTA.TV xəbər verir ki, bunu İslamabad Ali Məhkəməsində keçirilən dinləmə zamanı xüsusi dövlət ittihamçısı Raca Rizvan Abbasi deyib. “İmran Xan şifrlənmiş çox məxfi məlumatları açıqlayıb və “Dövlət sirləri haqqında” qanunun 5-ci maddəsinə əsasən, o, 10 ildən çox müddətə azadlıqdan məhrumetmə, ömürlük həbs və ya ölüm cəzasına məhkum edilə bilər”, – Abbasi deyib.
Pakistanın dövlət sirrinin pozulması ilə bağlı işlərə baxan Xüsusi Məhkəməsi oktyabrın 17-də Xana qarşı rəsmi ittihamlar irəli sürəcək.
Bu işdə təqsirləndirilən digər şəxs isə partiyanın sədr müavini, keçmiş xarici işlər naziri Şah Mahmud Qureyşidir.
14 yaşlı qızla hamamda ölən Yusufla bağlı ŞOK GÖRÜNTÜLƏR yayıldı - VİDEO
- Cərimə ilə yanaşı, alternativ cəza da tətbiq oluna bilər
- Temperatur 26 dərəcəyə yüksələcək
- Bakıda dünyanın ən mühüm şəhərsalma sərgisi keçiriləcək
- Maaşa dair yeni tələb müəyyənləşir - Son oxunuş
- Prezident onu təltif etdi
- Azərbaycanda hərbçilərin şəxsi jetonu olacaq
- Bakı Limanında yeni körpü istifadəyə verildi - Foto
- Kanal 21-in təsisçisi saxlanıldı