Məlum olduğu kimi, Azərbaycan Ordusunun Qarabağda keçirdiyi anti-terror əməliyyatından sonra bölgədə yaşayan erməni əsilli şəxslər Xankəndi şəhəri və ətraf rayonları tərk edərək Ermənistana gediblər.
Ermənistan mətbuatı yazır ki, Qarabağdan Ermənistana köçən ermənilər arasında 16 nəfər məhkum da olub. Xankəndindən Ermənistana gedən hüquqşünas Davit Hovhannisyan bildirib ki, 16 nəfər məhbusun arasında “dövlətə” xəyanətdə və “casusluqda” ittiham olunan şəxslər də olub.
Hovhannisyan deyib ki, bu şəxslər Azərbaycana “casusluq” etdikləri üçün həbs olunublar.
Həmin şəxslərin Ermənistanda sərbəst şəkildə gəzdiklərini deyən erməni hüquqşünas bildirib ki, həmin şəxslər Ermənistanın məhkəmə sistemi tərəfindən mühakimə olunana qədər həbsdə saxlanılmalıdırlar.
- 14 yaşlı qızla hamamda ölən Yusufla bağlı ŞOK GÖRÜNTÜLƏR yayıldı - VİDEO
- Eynulla Fətullayev “haqqın”ı satdı
- Gömrük bəyannamələrinin ləğvi mümkün olacaq
- Sumqayıtda mühüm konfrans keçirildi - Foto
- Partlayışda ağır yaralanan həkim kimdir? - Foto
- Həftəsonu Bakıda bəzi yollar təmirə bağlanacaq
- İbad Hüseynov Xankəndidə restoran açdı
- Xalq artisti Arif Babayevin qəbirüstü abidəsi ucaldıldı - Foto