Türkiyə Fələstin-İsrail münaqişəsi zamanı zərər çəkmiş mülki şəxslərə yardımın çatdırılmasını təşkil etmək üçün işlərə başlayıb.
BUTA.TV xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Səudiyyə Ərəbistanının vəliəhdi, Krallığın Nazirlər Şurasının sədri Məhəmməd bin Salman ilə telefon danışığı zamanı deyib.
Danışıqlar zamanı Prezident Ərdoğan Türkiyənin terror hücumlarından zərər çəkmiş günahsız mülki şəxslərə kömək etmək üçün işə başladığını, mülki yaşayış məntəqələrinin bombalanmasının qəbuledilməz olduğunu və region ölkələrinin münaqişələrə son qoymaq üçün konstruktiv siqnallar verməsinin vacibliyini bildirib.
- Sumqayıtda mühüm konfrans keçirildi - Foto
- Partlayışda ağır yaralanan həkim kimdir? - Foto
- Həftəsonu Bakıda bəzi yollar təmirə bağlanacaq
- İbad Hüseynov Xankəndidə restoran açdı
- Xalq artisti Arif Babayevin qəbirüstü abidəsi ucaldıldı - Foto
- Azərbaycanda həyəcan: heyrətamiz dərəcədə azalma...
- Prezidentin təltif etdiyi şəxs kimdir? - Dosye
- Onkologiya mərkəzində partlayış: Cinayət işi açıldı