Salyanda bir ay bundan əvvəl su kanalının yaxınlığına atılan uşaq Bakıya körpələr evinə göndərilib.
BUTA.TV-ın Report-a istinadən məlumatına görə, Salyan rayon təcili tibbi yardım stansiyasının tibb personalına təhvil verilən və sonradan adı Yağmur qoyulan körpə qız bu gün Bakı şəhərindəki körpələr evinə yerləşdirilib.
Xəstəxanadan verilən məlumata görə, balaca Yağmur tam sağlamdır.
Qeyd edək ki, balaca Yağmur bu il sentyabrın 12-də Salyan rayonunun Qarabağlı kəndi ərazisindən keçən su kanalının kənarına atılmışdı. Birgünlük körpə polis əməkdaşları tərəfindən tapılaraq xəstəxanaya təhvil verilmişdi. Bir ay ərzində körpə xəstəxanada müayinə və müalicə olunub.
- Sumqayıtda mühüm konfrans keçirildi - Foto
- Partlayışda ağır yaralanan həkim kimdir? - Foto
- Həftəsonu Bakıda bəzi yollar təmirə bağlanacaq
- İbad Hüseynov Xankəndidə restoran açdı
- Xalq artisti Arif Babayevin qəbirüstü abidəsi ucaldıldı - Foto
- Azərbaycanda həyəcan: heyrətamiz dərəcədə azalma...
- Prezidentin təltif etdiyi şəxs kimdir? - Dosye
- Onkologiya mərkəzində partlayış: Cinayət işi açıldı