Xəbər verdiyimiz kimi, Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevə məxsus olduğu deyilən Bank BTB-nin satışa çıxarıldığı ilə bağlı məlumatlar yayılıb. Yayılan məlumatda bankın artıq satılmaq üzrə olduğu və qiymət məsələsinin Ramiz Mehdiyevlə razılaşdırılacağı bildirilib.
BUTA.TV xəbər verir ki, Manset.az məsələ ilə bağlı Ramiz Mehdiyevlə əlaqə saxlayıb. O, açıqlamasında bankın onlara aid olduğunu təsdiq edib. “Mənim bankım yoxdur. Oğlumun adınadır, o da idarə edir. Bu da indinin məsələsi deyil”
Oğlunuz general Teymur Mehdiyevin adınadır bank?
“ Yox, Teymurun adına deyil. Deyəsən, yoldaşının adınadır.”
Bank həqiqətən hazırda satışdadır?
“Satılmayıb, satışda da deyil. Bu məlumatlar yalandır. Belə yalan məlumatlar hardan çıxır bilmirəm.”
- Sumqayıtda mühüm konfrans keçirildi - Foto
- Partlayışda ağır yaralanan həkim kimdir? - Foto
- Həftəsonu Bakıda bəzi yollar təmirə bağlanacaq
- İbad Hüseynov Xankəndidə restoran açdı
- Xalq artisti Arif Babayevin qəbirüstü abidəsi ucaldıldı - Foto
- Azərbaycanda həyəcan: heyrətamiz dərəcədə azalma...
- Prezidentin təltif etdiyi şəxs kimdir? - Dosye
- Onkologiya mərkəzində partlayış: Cinayət işi açıldı