İsrail Fələstinin HƏMAS radikal qruplaşması ilə silahlı qarşıdurma zamanı bütün Yaxın Şərqdə vəziyyəti dəyişmək niyyətindədir.
BUTA.TV xəbər verir ki, bu sözləri İsrailin Baş naziri Benyamin Netanyahu ölkənin cənubunda regional şuraların rəhbərləri ilə söhbəti zamanı deyib.
“HƏMAS çətin və dəhşət içindən keçəcək - biz kampaniyanın yalnız başlanğıcındayıq. Bu, vaxt aparacaq və yaxın günlərdə bizim xüsusi möhkəmliyə ehtiyacımız var. Hökumət hamınıza kömək etmək üçün hər şey edəcək. Mən sizdən möhkəm olmanızı xahiş edirəm, çünki biz Yaxın Şərqi dəyişmək niyyətindəyik”, – Netanyahu bildirib.
Netanyahu ilə görüşdə son bir neçə gündə fələstinli radikalların hücumuna məruz qalan şəhər administrasiyalarının və regional şuraların rəhbərləri iştirak ediblər.
Qeyd edək ki, 7 oktyabrda HƏMAS-ın “İslami-Cihad”la birgə İsrailə kütləvi hücumu ilə müharibə başlayıb.
- Sumqayıtda mühüm konfrans keçirildi - Foto
- Partlayışda ağır yaralanan həkim kimdir? - Foto
- Həftəsonu Bakıda bəzi yollar təmirə bağlanacaq
- İbad Hüseynov Xankəndidə restoran açdı
- Xalq artisti Arif Babayevin qəbirüstü abidəsi ucaldıldı - Foto
- Azərbaycanda həyəcan: heyrətamiz dərəcədə azalma...
- Prezidentin təltif etdiyi şəxs kimdir? - Dosye
- Onkologiya mərkəzində partlayış: Cinayət işi açıldı