Energetika sahəsində ənənəvi sahələrdən başqa bu gün bizi birləşdirən yaşıl enerji dəhlizi layihəsidir. Burada da biz, Gürcüstan və Azərbaycan - iki qardaş ölkə Avropa ölkələri ilə sıx əməkdaşlıq edirik.
BUTA.TV xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 8-də Tiflisdə Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə birgə mətbuata bəyanatında deyib.
Bu layihənin texniki-iqtisadi əsaslandırmasının yaxın aylarda hazır olacağını qeyd edən dövlətimizin başçısı bildirib:
“Ondan sonra, əminəm ki, konkret işlərə start verə bilərik. Böyük sərmayə qoyuluşu nəzərdə tutulur. Beləliklə yaşıl enerji dəhlizi, enerji kabeli inşa edilərək həm bizim, həm də tərəfdaş ölkələrin enerji təhlükəsizliyini gücləndirəcək”.
- Sumqayıtda mühüm konfrans keçirildi - Foto
- Partlayışda ağır yaralanan həkim kimdir? - Foto
- Həftəsonu Bakıda bəzi yollar təmirə bağlanacaq
- İbad Hüseynov Xankəndidə restoran açdı
- Xalq artisti Arif Babayevin qəbirüstü abidəsi ucaldıldı - Foto
- Azərbaycanda həyəcan: heyrətamiz dərəcədə azalma...
- Prezidentin təltif etdiyi şəxs kimdir? - Dosye
- Onkologiya mərkəzində partlayış: Cinayət işi açıldı