İran hökumətinin müxtəlif şəhərlərdə təşkil etdiyi HƏMAS-a dəstək aksiyalarında Azərbaycan əleyhinə təhdidlər səsləndirilib.
BUTA.TV xəbər verir ki, bu barədə SEPAH-a bağlı sosial şəbəkə hesablarında paylaşımlar edilib. Oktyabrın 7-i gecə saatlarında SEPAH və "Bəsic" üzvlərinin Zəncanda keçirdikləri aksiyada çıxışçı Mehdi Rəsuli Azərbaycanın İsrailə dəstək verdiyini deyib, bunun Azərbaycan üçün ağır nəticələrə gətirib çıxaracağı barədə danışıb. Əli Xameneinin ofisinə bağlı olan məddah Mehdi Rəsuli buna görə Azərbaycan rəhbərliyinin ünvanına nalayiq ifadələr işlədib.
Qeyd edək ki, Mehdi Rəsuli Gürcüstan azərbaycanlıları arasında İranın siyasi-ideoloji təbliğatçısı sayılır, o, bu məqsədlə davamlı olaraq Gürcüstana səfər edir.
- Sumqayıtda mühüm konfrans keçirildi - Foto
- Partlayışda ağır yaralanan həkim kimdir? - Foto
- Həftəsonu Bakıda bəzi yollar təmirə bağlanacaq
- İbad Hüseynov Xankəndidə restoran açdı
- Xalq artisti Arif Babayevin qəbirüstü abidəsi ucaldıldı - Foto
- Azərbaycanda həyəcan: heyrətamiz dərəcədə azalma...
- Prezidentin təltif etdiyi şəxs kimdir? - Dosye
- Onkologiya mərkəzində partlayış: Cinayət işi açıldı