Oktyabrın 13-14-də Şuşada TÜRKSOY-un Mədəniyyət Nazirləri Daimi Şurasının 40-cı iclası keçiriləcək.
BUTA.TV xəbər verir ki, bu barədə Report-a açıqlamasında TÜRKSOY-un baş katibinin müavini Sait Yusif bildirib.
S.Yusifin sözlərinə görə, toplantıda 6 qurucu ölkənin - Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Özbəkistanın mədəniyyət nazirləri iştirak edəcəklər. Ənənəvi olaraq iclasda TÜRKSOY-un fəaliyyəti müzakirə ediləcək, 2024-cü il üçün planlar açıqlanacaq, qərarlar qəbul olunacaq.
TÜRKSOY rəsmisi bağlanış tədbirində qəbul ediləcək bəzi qərarları da diqqətə çatdırıb:
“2024-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” estafeti Şuşadan Türkmənistanın Anev şəhərinə keçəcək. Hər ölkənin həmin il üçün anım ili olaraq elan etdiyi tarixi şəxsiyyətlərlə bağlı təqdim etdikləri tarixi proqram da Şuraya təqdim olunacaq”.
Azərbaycanın TÜRKSOY-dakı fəaliyyətinə də toxunan S. Yusif ölkəmizin üzv dövlətlər arasında ən aktiv olduğunu bildirib:
“Azərbaycan təşkilata hər zaman böyük dəstək verib və verməkdə də davam edir”.
- Partlayışda ağır yaralanan həkim kimdir? - Foto
- Həftəsonu Bakıda bəzi yollar təmirə bağlanacaq
- İbad Hüseynov Xankəndidə restoran açdı
- Xalq artisti Arif Babayevin qəbirüstü abidəsi ucaldıldı - Foto
- Azərbaycanda həyəcan: heyrətamiz dərəcədə azalma...
- Prezidentin təltif etdiyi şəxs kimdir? - Dosye
- Onkologiya mərkəzində partlayış: Cinayət işi açıldı
- Sumqayıtda suyun verilişində fasilə yaranacaq