Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində fəaliyyət göstərən Xankəndi şəhərindəki poliklinikaya ümumilikdə 14 müraciət daxil olub və onların hər birinə zəruri tibbi xidmətlər göstərilib.
Qurumdan BUTA.TV-a verilən məlumata görə, təcili və təxirəsalınmaz tibbi yardımla bağlı müraciət edən 2 nəfərə çağırış ünvanında ilk yardım göstərilib. Poliklinikaya müraciət edənlərdən 5 nəfəri erməniəsilli olub.
Qeyd edək ki, bu il oktyabrın 1-dən etibarən Xankəndi şəhərində ambulator poliklinika və tam heyətlə, eləcə də tibbi vasitələrlə təmin olunan 7 ambulans və təcili tibbi yardım briqadası fəaliyyət göstərir. Poliklinikanın fəaliyyəti 7/24 rejimində növbəlilik əsasında təşkil olunub.
Poliklinikada 3 ümumi müayinə otağı, kiçik cərrahi əməliyyatlar və sarğı otağı, 1-i yataqbaşı monitor və oksigen balonu ilə təchiz olunmaqla 2 müşahidə və manipulyasiya otağı mövcuddur.
Eyni zamanda poliklinikada pasiyentlərə elektrokaardioqramma müayinəsinin aparılmasına da başlanılıb.
- Partlayışda ağır yaralanan həkim kimdir? - Foto
- Həftəsonu Bakıda bəzi yollar təmirə bağlanacaq
- İbad Hüseynov Xankəndidə restoran açdı
- Xalq artisti Arif Babayevin qəbirüstü abidəsi ucaldıldı - Foto
- Azərbaycanda həyəcan: heyrətamiz dərəcədə azalma...
- Prezidentin təltif etdiyi şəxs kimdir? - Dosye
- Onkologiya mərkəzində partlayış: Cinayət işi açıldı
- Sumqayıtda suyun verilişində fasilə yaranacaq