Xəbər verdiyimiz kimi, “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov sabah İsveçin “Hakken” klubuna qarşı keçirəcəyi oyundan öncə mətbuat konfransına qatılıb.
BUTA.TV Musavat.com-a istinadən xəbər verir ki, “Dagens Nyheter” nəşrinin isveçli jurnalisti Yens Littorin Qurban Qurbanova Qarabağdakı vəziyyətlə bağlı təxribat xarakterli sual ünvanlayıb. Littorin "Ermənilərin Qarabağı tərk etməsi sizə necə təsir edir" deyə soruşub.
“Qarabağ”ın baş məşqçisi “Orada nə baş verdiyini hamı yaxşı bilir” deyə cavab verib:
"Hamı bilir ki, biz öz torpağımızda yaşaya bilmirdik. Bu gün azərbaycanlılar öz torpaqlarına qayıdırlar. Eyni zamanda Qarabağdan gedən hər kəsə hər cür yardım edilir, onların rahatlığı üçün hər şey edilir. Onlar yemək və su ilə təmin olunublar. Ərazilərimizin qaytarılması komandanı çox sevindirir. Özümüzü daha yaxşı hiss edirik. İndi biz sakitik. Qarabağ həmişə Azərbaycanın ərazisi olub”.
- Bu ərazidə qaz olmayacaq
- "TurAz Qartalı - 2026" birgə taktiki-uçuş təlimi davam edir
- Bakıda Avropa Kubokunun açılış mərasimi oldu
- Tiktoker ev dustaqlığına buraxıldı
- Görünüş məsafəsi 1000 metrədək məhdudlaşacaq
- 400 minlik dələduzluq: Sabiq ekspertin məhkəməsi...
- Çörək bahalaşır? - Rəsmi cavab
- Bu maşınlar İçərişəhərə buraxılmayacaq