Elm və Təhsil Nazirliyində yeni təyinat olub.
BUTA.TV Report-a istinadən xəbər verir ki, müvafiq əmrlə Turxan Süleyman Elm, ali və orta ixtisas təhsili şöbəsinin Elm sektorunun müdiri, şöbə müdiri vəzifəsinə müvəqqəti icraçı təyin olunub.
Qeyd edək ki, 35 yaşlı şöbə müdiri Bakı Slavyan Universitetinin bakalavr, Bakı Dövlət Universitetinin magistratura və doktorantura məzunudur.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində baş müəllim və şöbə müdiri vəzifəsində çalışıb.
O, həmçinin "Yüksəliş" müsabiqəsinin qalibidir.
Məlumat üçün bildirək ki, bundan əvvəl həmin vəzifənin icrası Yaqub Piriyevə həvalə olunmuşdu. O, Prezident İlham Əliyevin sərəncamı ilə Bakı Mühəndislik Universitetinə rektor təyin edilib.
- "TurAz Qartalı - 2026" birgə taktiki-uçuş təlimi davam edir
- Bakıda Avropa Kubokunun açılış mərasimi oldu
- Tiktoker ev dustaqlığına buraxıldı
- Görünüş məsafəsi 1000 metrədək məhdudlaşacaq
- 400 minlik dələduzluq: Sabiq ekspertin məhkəməsi...
- Çörək bahalaşır? - Rəsmi cavab
- Bu maşınlar İçərişəhərə buraxılmayacaq
- Mehdiabaddan Biləcəriyə qədər maşını arxa-arxaya sürdü - Video