Təmaslar olub, lakin nəşrin materialında qeyd olunan danışıqlar olmayıb.
BUTA.TV xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov “Politiko” qəzetinin ABŞ, AB və Rusiya rəsmilərinin İstanbulda Qarabağdakı vəziyyətlə bağlı gizli danışıqları barədə materialını şərh edərkən deyib.
“Onların təsvir etdiyi kimi deyil. Bu materialda çoxlu qeyri-dəqiqliklər, səhvlər var. Qarabağla bağlı müəyyən təmaslar olub, təbii ki, olub, amma bu, orada yazılan danışıqlar deyil”, - o bildirib.
Qeyd edək ki, “Politiko” 17 sentyabrda, Azərbaycan Ordusunun antiterror tədbirlərindən 2 gün öncə İstanbulda ABŞ, AB. və Rusiya arasında Qarabağla bağlı gizli müzakirə olduğu haqda məlumat yaymışdı.
- Görünüş məsafəsi 1000 metrədək məhdudlaşacaq
- 400 minlik dələduzluq: Sabiq ekspertin məhkəməsi...
- Çörək bahalaşır? - Rəsmi cavab
- Bu maşınlar İçərişəhərə buraxılmayacaq
- Mehdiabaddan Biləcəriyə qədər maşını arxa-arxaya sürdü - Video
- Prezident fərman imzaladı
- Nazir Elşən Məmmədova yüksək vəzifə verdi - Foto
- Lətif Kərimovun 120 illiyi qeyd ediləcək