Qarabağdakı keçmiş separatçıların keçmiş başçısı, 28 sentyabrda qondarma qurumun ləğvi barədə “fərman” imzalayan Samvel Şahramanyan artıq ermənistandadır.
BUTA.TV xəbər verir ki, bu barədə Ermənistan mediası keçmiş separatçı dəstənin keçmiş “deputatı” David Qalstyana istinadla məlumat yayıb. Qalstyan Şahramanyanın Ermənistanda olduğunu təsdiqləyən foto da paylaşıb.
Qeyd edək ki, ötən gün gecə saatlarında Samvel Şahramanyanın da Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən saxlanıldığı barədə məlumatı erməni mediası yaymışdı. Lakin Şahramanyana Azərbaycanın tələblərini icra etməsi səbəbindən güzəşt ediləcəyi barədə müşahidəçilər ehtimallarını irəli sürmüş və onun saxlanılmadığını da iddia etmişdilər.
- Görünüş məsafəsi 1000 metrədək məhdudlaşacaq
- 400 minlik dələduzluq: Sabiq ekspertin məhkəməsi...
- Çörək bahalaşır? - Rəsmi cavab
- Bu maşınlar İçərişəhərə buraxılmayacaq
- Mehdiabaddan Biləcəriyə qədər maşını arxa-arxaya sürdü - Video
- Prezident fərman imzaladı
- Nazir Elşən Məmmədova yüksək vəzifə verdi - Foto
- Lətif Kərimovun 120 illiyi qeyd ediləcək