Zəngəzurda erməni terror təşkilatlarının düşərgələri qurulur.
BUTA.TV xəbər verir ki, bu haqda “Türkiyə” qəzetinin yazarı Yılmaz Bilgenin “Terrorun yeni yuvası Zəngəzur dəhlizi” adlı məqaləsində bəhs olunub.
Məqalədə Qarabağdan çıxan terrorçular ilə bərabər, Livan, Suriya, İran, ABŞ və Fransa başda olmaqla, fərqli ölkələrdən gələn yüzlərlə terrorçunun Zəngəzurda təlimlər keçdiyi qeyd olunub.
Bölgədə 17 yeni terrorçu düşərgəsinin müəyyən edildiyini bildirən müəllif orada 10-17 yaşlı uşaqlara da hərbi təlim keçirildiyini bildirib. Təlimlər üçün İran 28 xüsusi mütəxəssislə bərabər ingilis, serb, rus, fransız, eyni zamanda danimarkalı, amerikalı ehtiyatda olan zabitlər də Zəngəzura gəlib. Yazıda bölgəni terror qərargahına çevirən ölkələrin Qafanda konsulluq açmağa hazırlıq gördüyü vurğulanıb.
- Görünüş məsafəsi 1000 metrədək məhdudlaşacaq
- 400 minlik dələduzluq: Sabiq ekspertin məhkəməsi...
- Çörək bahalaşır? - Rəsmi cavab
- Bu maşınlar İçərişəhərə buraxılmayacaq
- Mehdiabaddan Biləcəriyə qədər maşını arxa-arxaya sürdü - Video
- Prezident fərman imzaladı
- Nazir Elşən Məmmədova yüksək vəzifə verdi - Foto
- Lətif Kərimovun 120 illiyi qeyd ediləcək