Dollar və avronun kursu Azərbaycana qonşu ölkələrdə sürətlə bahalaşır.
BUTA.TV xəbər verir ki, dollar Rusiyada 100 rubla (99,33 rubl) yaxınlaşır, avro isə 104 rublu keçib.
Türkiyə lirəsi də ucuzlaşmaqdadır. Belə ki, bu gün dollar 27,56 lirəyə qalxıb, avronun məzənnəsi isə 28,95 lirə olub.
Dolların ən ciddi bahalaşması Ermənistan dramında özünü göstərir. Xüsusilə 19 sentyabrda Azərbaycan Ordusunun ölkə daxilində keçirdiyi antiterror tədbirləri Ermənistanda dramın ucuzlaşmasına ciddi təsir edib. Bildirilir ki, həmin gün dollar 17,21 dram, avro isə 13,85 dram bahalaşıb.
Hazırda bir dollar 445 dram, avro isə 470 dramdır.
Xatırladaq ki, ötən ay dollar 385 dram civarında idi.
- Görünüş məsafəsi 1000 metrədək məhdudlaşacaq
- 400 minlik dələduzluq: Sabiq ekspertin məhkəməsi...
- Çörək bahalaşır? - Rəsmi cavab
- Bu maşınlar İçərişəhərə buraxılmayacaq
- Mehdiabaddan Biləcəriyə qədər maşını arxa-arxaya sürdü - Video
- Prezident fərman imzaladı
- Nazir Elşən Məmmədova yüksək vəzifə verdi - Foto
- Lətif Kərimovun 120 illiyi qeyd ediləcək