Cümə axşamı Ankarada Rusiya ilə Türkiyə arasında xarici işlər nazirlərinin müavinləri səviyyəsində siyasi məsləhətləşmələrin keçirilməsi planlaşdırılır.
BUTA.TV xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.
“Türkiyə xarici işlər nazirinin müavini və AB-dəki daimi nümayəndəliyin rəhbəri Mehmet Bozay cümə axşamı Ankarada Rusiya xarici işlər nazirinin müavini Aleksandr Pankin ilə beynəlxalq iqtisadi təşkilatlarla bağlı siyasi məsləhətləşmələr aparacaq”, - məlumatda deyilir.
Qeyd olunur ki, ilk növbədə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı ilə qarşılıqlı fəaliyyət müzakirə olunacaq.
- Görünüş məsafəsi 1000 metrədək məhdudlaşacaq
- 400 minlik dələduzluq: Sabiq ekspertin məhkəməsi...
- Çörək bahalaşır? - Rəsmi cavab
- Bu maşınlar İçərişəhərə buraxılmayacaq
- Mehdiabaddan Biləcəriyə qədər maşını arxa-arxaya sürdü - Video
- Prezident fərman imzaladı
- Nazir Elşən Məmmədova yüksək vəzifə verdi - Foto
- Lətif Kərimovun 120 illiyi qeyd ediləcək