Mən Ermənistan Milli Assambleyasının Roma Statutu ilə bağlı qərarının qəbulunu alqışlamaq istərdim.
BUTA.TV xəbər verir ki, bu barədə Fransanın xarici işlər naziri Ketrin Kolonna oktyabrın 3-də erməni həmkarı ilə birgə mətbuat konfransında bildirib.
“Digərləri ilə birlikdə bu, həm də çox mühüm əlamətdir ki, Ermənistan qətiyyətlə demokratiya və sülhə doğru irəliləyir, çünki ədalətsiz sülh yoxdur.
Fransanın Ermənistana bağlılığı uzun əsrlərə gedib çıxır. Bizim xalqları əsl dərin dostluq bağlayır və Fransa Ermənistanın dostu olmaqdan və Ermənistana və ermənilərə uzunmüddətli dəstək göstərməkdən qürur duyur”, - Kolonna bildirib.
Qeyd edək ki, Ermənistan parlamenti Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutunu ratifikasiya edib. Roma Statutu oktyabrın 7-də, Rusiya Prezidenti Vladimir Putinin doğum günündə qüvvəyə minəcək.
BCM 17 martda Rusiya Prezidenti V.Putinin həbsi barədə order verib. Roma Statutunu ratifikasiya edən ölkələr Putinin həbsi ilə bağlı hüquqi addım atmağı öhdəsinə götürür.
- 400 minlik dələduzluq: Sabiq ekspertin məhkəməsi...
- Çörək bahalaşır? - Rəsmi cavab
- Bu maşınlar İçərişəhərə buraxılmayacaq
- Mehdiabaddan Biləcəriyə qədər maşını arxa-arxaya sürdü - Video
- Prezident fərman imzaladı
- Nazir Elşən Məmmədova yüksək vəzifə verdi - Foto
- Lətif Kərimovun 120 illiyi qeyd ediləcək
- Yuriy Petroviç Kamayev "Şöhrət" ordeni ilə təltif edildi