"Forbes" jurnalı ABŞ-ın 400 ən varlı vətəndaşının siyahısını açıqlayıb.
BUTA.TV xəbər verir ki, siyahıya “SpeysX” və “Tesla”nın sahibi İlon Mask başçılıq edir. Onun sərvəti 251 milyard dollar dəyərində qiymətləndirilib. Sonrakı yerlərdə “Amazon”un rəhbəri Ceff Bezos (161 milyard dollar), “Oracle” korporasiyasının yaradıcılarından olan Larri Ellison (158 milyard dollar) qərarlaşıb. “Maykrosoft”un rəhbəri Bil Geyts 6-cı (111 milyard dollar), “Meta” şirkətinin rəhbəri Mark Zukerberq 8-ci (106 milyard dollar) sıradadır.
ABŞ-ın ən varlı vətəndaşları siyahısında yer alan texnologiya maqnatları 2022-ci ilin payızından bəri, əsasən, süni intellektə yatırdıqları investisiya sayəsində, ümumilikdə 300 milyard dollar xalis sərvət qazanıblar. Belə ki, keçən il texnologiya sahəsində 65 nəfər sərvət qazanmışdısa, bu il bu rəqəm 69-dur.
- 400 minlik dələduzluq: Sabiq ekspertin məhkəməsi...
- Çörək bahalaşır? - Rəsmi cavab
- Bu maşınlar İçərişəhərə buraxılmayacaq
- Mehdiabaddan Biləcəriyə qədər maşını arxa-arxaya sürdü - Video
- Prezident fərman imzaladı
- Nazir Elşən Məmmədova yüksək vəzifə verdi - Foto
- Lətif Kərimovun 120 illiyi qeyd ediləcək
- Yuriy Petroviç Kamayev "Şöhrət" ordeni ilə təltif edildi