Kreml sözçüsü Dmitri Peskov RT telekanalının baş redaktoru Marqarita Simonyanın Sibir üzərində nüvə sınağı keçirilməsi təklifinə münasibət bildirib.
BUTA.TV xəbər verir ki, Peskov bildirib ki, bu kimi müzakirələrin aparılması mümkün deyil.
“Rusiya nüvə sınağı rejimindən çıxmayıb və ona görə də belə diskussiyaların aparılmasının mümkünsüz olduğunu düşünürəm. Bir də unutmayaq ki, Simonyan Rusiya hakimiyyət orqanlarında işləmir və Moskvanın rəsmi mövqeyini əks etdirmir”, - deyə o bildirib.
Qeyd edək ki, M.Simonyan efirlərdən birində Sibir üzərində nüvə sınağı keçirməyi təklif edib və bildirib ki, bu – “nüvə ultimatumu” Ukrayna konfliktinin hərbi həlli üçün açar rolunu oynayacaq.
- 400 minlik dələduzluq: Sabiq ekspertin məhkəməsi...
- Çörək bahalaşır? - Rəsmi cavab
- Bu maşınlar İçərişəhərə buraxılmayacaq
- Mehdiabaddan Biləcəriyə qədər maşını arxa-arxaya sürdü - Video
- Prezident fərman imzaladı
- Nazir Elşən Məmmədova yüksək vəzifə verdi - Foto
- Lətif Kərimovun 120 illiyi qeyd ediləcək
- Yuriy Petroviç Kamayev "Şöhrət" ordeni ilə təltif edildi