Zəngəzur dəhlizinin açılması 10 noyabr tarixli bəyanatda razılaşdırılıb.
BUTA.TV erməni mediasına istinadən xəbər verir ki, bunu Ermənistan ordusunun Baş Qərargahının keçmiş rəisi, general Movses Akopyan deyib.
O bildirib ki, Türkiyə və Azərbaycanın Ermənistanın dəhlizin açılmasına sadiqliyi ilə bağlı bəyanatları təsadüfi deyil:
“Ankara və Bakıdan gələn mesajlar 10 noyabr tarixli bəyanata əsaslanır. 10 noyabr bəyanatı ağ-qara rəngdə yazılıb, siyasətlə məşğul olan hər kəs onu oxumalı və bu məqamların nəyə gətirib çıxaracağını başa düşməlidir”.
Ermənistanın Qarabağı yenidən işğal etmə ehtimalına gəlincə, general vurğulayıb ki, o xəyallarla yaşamır.
Akopyan Qarabağ məsələsinin artıq həll olunduğunu da qeyd edib.
- Mehdiabaddan Biləcəriyə qədər maşını arxa-arxaya sürdü - Video
- Prezident fərman imzaladı
- Nazir Elşən Məmmədova yüksək vəzifə verdi - Foto
- Lətif Kərimovun 120 illiyi qeyd ediləcək
- Yuriy Petroviç Kamayev "Şöhrət" ordeni ilə təltif edildi
- Samir Şərifov nazirlərlə mühüm iclas keçirdi
- AZAL daha bir “Airbus A320neo” aldı
- Turqay Hüseynov Hakimlərin Seçki Komitəsinə üzv seçildi