Bu gün “Tribuna” İnformasiya Agentliyi 14 yaşını qeyd edir.
BUTA.TV xəbər verir ki, bunu agentliyin baş redaktoru Əlişir Əhəd deyib.
“14 il əvvəl “Tribuna” fəaliyyətə başlayanda ölkədə onlayn media hələ yeni-yeni addımlarını atırdı. Bu gün sayı-hesabı bilinməyən internet resurslarının, sayt bumunun və rəqabətin yaşandığı dövrdə “Tribuna”nın meydanda qalması böyük fədakarlığın nəticəsidir. Bu, elə də asan deyil: xəbərçilik, səhih informasiya istehsalı məsuliyyətli işdir. Üstəlik, sürət əsrində, informasiya seli və operativlik dövründə gedən amansız yarışmada baş çıxarmaq, fərqlənə bilmək böyük enerji və resurs tələb edir. Lakin “Tribuna” 14 ildir ki, bu yolu məhdud komanda və məhdud maliyyə ilə uğurla gəlməkdədir. Təbii ki, hədəflər böyükdür və media sahəsində daha kreativ yeniliklər edə bilmək üçün resurslar olmalıdır”, - Əlişir Əhəd bildirib.
“Tribuna” kollektivini təbrik edir, onlara uğurlar arzulayırıq!
- Prezident fərman imzaladı
- Nazir Elşən Məmmədova yüksək vəzifə verdi - Foto
- Lətif Kərimovun 120 illiyi qeyd ediləcək
- Yuriy Petroviç Kamayev "Şöhrət" ordeni ilə təltif edildi
- Samir Şərifov nazirlərlə mühüm iclas keçirdi
- AZAL daha bir “Airbus A320neo” aldı
- Turqay Hüseynov Hakimlərin Seçki Komitəsinə üzv seçildi
- Milli Onkologiya Mərkəzində partlayış: ölən var