ABŞ Konqresinin 75 üzvü Azərbaycana qarşı sanksiyalar tətbiq edilməsi, ABŞ-ın Bakıya hərbi yardımının dayandırılması, Qarabağdan köçən əhaliyə humanitar yardımın göstərilməsi və Laçın yolunda beynəlxalq müşahidəçilər yerləşdirməsi məqsədilə Prezident Co Baydenə məktub göndəriblər.
BUTA.TV xəbər verir ki, məktubun təşəbbüskarları ABŞ Nümayəndələr Palatasının keçmiş spikeri Nensi Pelosi və konqresmen Anna Eşudur.
Məktub müəllifləri ABŞ hökumətinin Azərbaycana hərbi yardım göstərməsini qadağan edən 907 saylı düzəlişin tətbiqini təklif ediblər. Həmçinin “Maqnitski Aktı”nı tətbiq etməklə Azərbaycan məmurlarının şəxsi sanksiyalara məruz qalmasına da çağırış edilib.
- Mehdiabaddan Biləcəriyə qədər maşını arxa-arxaya sürdü - Video
- Prezident fərman imzaladı
- Nazir Elşən Məmmədova yüksək vəzifə verdi - Foto
- Lətif Kərimovun 120 illiyi qeyd ediləcək
- Yuriy Petroviç Kamayev "Şöhrət" ordeni ilə təltif edildi
- Samir Şərifov nazirlərlə mühüm iclas keçirdi
- AZAL daha bir “Airbus A320neo” aldı
- Turqay Hüseynov Hakimlərin Seçki Komitəsinə üzv seçildi