Nə Azərbaycan, nə də Rusiya Müdafiə Nazirliyi bölgənin tamamilə terrorçulardan təmizlənməsini təsdiq edib. Verilən bəyanatların əhalidən silahların yığılması və ələ keçirilən silah anbarları haqqında olduğunu görürük.
Bu sözləri BUTA.TV-a dünən Xankəndidə Rusiya-Azərbaycan birgə patrulunun naməlum şəxs tərəfindən snayper silahından atəşə tutulması haqqında danışan hərbi ekspert Ədalət Verdiyev deyib.
O, darama əməliyyatının labüd olduğunu vurğulayıb:
“Ayrı-ayrı silahlıların meşələrdə, mağaralarda, dağlıq ərazilərdə mövcud olan digər növ sığınacaqlarda, evlərin damlarında, zirzəmilərdə gizlənməsini, silah saxlamasını, müəyyən zamanda və məhdud görmə şəraitində fürsətdən faydalanaraq atəş açmasını istisna etmirik. Fikrimcə, yaxın bir həftə ərzində bütün evlərin və mümkün sığınacaq yerlərinin baxışdan keçirilməsi yekunlaşacaq. Vəziyyətdən yeganə çıxış yolu yenidən nəzarətimizə keçən ərazilərdə darama əməliyyatının həyata keçirilməsi və mümkün müqavimət ocaqlarının zərərsizləşdirilməsidir”.
- AZAL daha bir “Airbus A320neo” aldı
- Turqay Hüseynov Hakimlərin Seçki Komitəsinə üzv seçildi
- Milli Onkologiya Mərkəzində partlayış: ölən var
- Tərbiyə məsələsi mürəkkəbdir, ölçmək çətindir - Nazir
- Heydərov Naxçıvan şəhərində vətəndaşları qəbul etdi
- Bu avtobuslar yenilənir: Gediş haqqı...
- Dəmir yolunda baş verən qəzalar... - Video
- Ukrayna Permdəki neft obyektlərini yenə vurdu - Video