Bakıda yeniyetmələrin yüksəklikdən avtomobil təkəri buraxaraq yolda hərəkət edən nəqliyyat vasitələri üçün təhlükə yaratmaları ilə bağlı sosial şəbəkələrdə görüntülər yayılıb. Bu hərəkət vətəndaşların qınağına səbəb olub.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən BUTA.TV-a bildirilib ki, polis yayılan görüntülərdən məlumatlıdır. "Hazırda araşdırma aparılır. Araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək və ictimaiyyətə əlavə məlumatın verilməsi təmin olunacaq", - məlumatda vurğulanıb.
- AZAL daha bir “Airbus A320neo” aldı
- Turqay Hüseynov Hakimlərin Seçki Komitəsinə üzv seçildi
- Milli Onkologiya Mərkəzində partlayış: ölən var
- Tərbiyə məsələsi mürəkkəbdir, ölçmək çətindir - Nazir
- Heydərov Naxçıvan şəhərində vətəndaşları qəbul etdi
- Bu avtobuslar yenilənir: Gediş haqqı...
- Dəmir yolunda baş verən qəzalar... - Video
- Ukrayna Permdəki neft obyektlərini yenə vurdu - Video