İrəvanın KTMT-dən çıxma ehtimalı ilə bağlı bəyanatları suveren seçimidir, ancaq Moskva ümid edir ki, heç bir “müvəqqəti administrasiya” (? – red.) Rusiya və Ermənistan arasındakı əlaqələri pozmayacaq.
BUTA.TV xəbər verir ki, bu sözləri Rusiya XİN başçısı Sergey Lavrov deyib.
“Əgər Ermənistanın bəzi liderlərinin bəyan etdiyi kimi, onlar indi Rusiya və KTMT-dən məyus olub, öz təhlükəsizliklərini gücləndirmək üçün həmkarları arasında axtarış aparacaqlarsa, bu, onların suveren seçimidir, Ermənistan rəhbərliyinin seçimidir. Amma mən hələ də ümid edirəm ki, rus xalqı ilə erməni xalqı arasında əsrlər boyu mövcud olan əlaqələri heç bir müvəqqəti administrasiya poza bilməz”, - Lavrov “Valday” beynəlxalq diskussiya klubunun iclasından sonra jurnalistlərə açıqlamasında bildirib.
Qeyd edək ki, Lavrovun “müvəqqəti administrasiya” sözü ilə Paşinyan hakimiyyətinə xəbərdarlıq etdiyi iddia olunur.
- AZAL daha bir “Airbus A320neo” aldı
- Turqay Hüseynov Hakimlərin Seçki Komitəsinə üzv seçildi
- Milli Onkologiya Mərkəzində partlayış: ölən var
- Tərbiyə məsələsi mürəkkəbdir, ölçmək çətindir - Nazir
- Heydərov Naxçıvan şəhərində vətəndaşları qəbul etdi
- Bu avtobuslar yenilənir: Gediş haqqı...
- Dəmir yolunda baş verən qəzalar... - Video
- Ukrayna Permdəki neft obyektlərini yenə vurdu - Video