İyunun 17-də Biləsuvar rayon sakini 1984-cü il təvəllüdlü Amil Şirqasımovun qəsdən öldürülməsi faktına görə rayon prokurorluğunda başlanmış cinayət işinin istintaqı yekunlaşıb.
BUTA.TV xəbər verir ki, bu barədə Biləsuvar rayon prokurorluğundan verilən məlumatda bildirilib.
Məlumata görə, istintaqla 1987-ci il təvəllüdlü Abuzər Şirqasımovun rayonun, Xırmandalı kəndi ərazisində yaşadıqları evdə aralarında yaranmış mübahisə zamanı qardaşı Amil Şirqasımova bıçaqla xəsarətlər yetirərək xüsusi amansızlıqla qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Abuzər Şirqasımova Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə yekun ittiham elan edilib və barəsində məhkəmənin qərarı əsasında həbs qətimkan tədbiri seçilib.
Cinayət işi baxılması üçün Lənkəran Ağır Cinayətlər məhkəməsinə göndərilib.
- AZAL daha bir “Airbus A320neo” aldı
- Turqay Hüseynov Hakimlərin Seçki Komitəsinə üzv seçildi
- Milli Onkologiya Mərkəzində partlayış: ölən var
- Tərbiyə məsələsi mürəkkəbdir, ölçmək çətindir - Nazir
- Heydərov Naxçıvan şəhərində vətəndaşları qəbul etdi
- Bu avtobuslar yenilənir: Gediş haqqı...
- Dəmir yolunda baş verən qəzalar... - Video
- Ukrayna Permdəki neft obyektlərini yenə vurdu - Video