Erməni jurnalist Bella Lalayan Xankəndidəki anbarların ərzaqla dolu olduğunu əks etdirən kadrları dərc edib və ləğv edilmiş xunta liderlərini Qarabağ ermənilərini ələ salmaqda ittiham edib.
BUTA.TV xəbər verir ki, Lalayan bu barədə öz Feysbuk səhifəsində yazıb.
“Əxlaqsızlar! Bilmirəm sizə nə ad verəcəm. Qarabağ erməniləri bu qədər günahsız insanı öldürdüyünüz üçün sizə düşmənçiliklə, əzablı günlərlə və cəhənnəm yaşadaraq cavab verəcəklər.
Vəhşilər! Bundan sonra necə fikirləşə bilərik ki, benzin çənini partladan siz deyilsiniz?
Xalq, erməni milləti, qarabağlılar hər zaman dünyanın hər yerində bu insanların, onların şər ruhlarının məhv edilməsini milli ideyaya çevirməlidir. Vəhşilər, Qarabağı yeyən hanniballar.
Ürəyimi soyutmaq üçün nə deyəcəyimi bilmirəm!” - o qeyd edib.
- Bu avtobuslar yenilənir: Gediş haqqı...
- Dəmir yolunda baş verən qəzalar... - Video
- Ukrayna Permdəki neft obyektlərini yenə vurdu - Video
- Bakının mərkəzi yolları bağlanır
- “Nar” beynəlxalq sosial təşəbbüsə tərəfdaş oldu
- Kliniki Tibbi Mərkəzi kim idarə edir?
- Bakıda "B-04" metrostansiyası bu ərazidə yerləşəcək - Video
- Maliyyə Nazirliyinin kollegiyasının tərkibi genişləndirildi