Zaqatalada baş verən partlayış zamanı xəstəxanaya yerləşdirilən 32 yaşlı şəxs vəfat edib.
BUTA.TV-ın Report-a istinadən məlumatına görə, 1991-ci il təvəllüdlü Məqsəd Rzayev aldığı xəsarətlərdən müalicə olunduğu xəstəxanada dünyasını dəyişib.
Bununla da, hadisə nəticəsində ölənlərin sayı iki nəfərə çatıb.
Qeyd edək ki, hadisə sentyabrın 30-u saat 22:30 radələrində Zaqatala rayonunun Yengiyan kəndi ərazisində baş verib.
Belə ki, partlayıcı maddənin partlaması nəticəsində 3 nəfər - 1992-ci il təvəllüdlü İlqar Cumayev, 1991-ci il təvəllüdlü Məqsəd Rzayev və 1994-cü il təvəllüdlü Həmid Gülməmmədovun xəsarət alıblar.
Həmin şəxslər xəstəxanaya yerləşdirilib və göstərilən tibbi yardımlara baxmayaraq H. Gülməmmədov dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
- Bu avtobuslar yenilənir: Gediş haqqı...
- Dəmir yolunda baş verən qəzalar... - Video
- Ukrayna Permdəki neft obyektlərini yenə vurdu - Video
- Bakının mərkəzi yolları bağlanır
- “Nar” beynəlxalq sosial təşəbbüsə tərəfdaş oldu
- Kliniki Tibbi Mərkəzi kim idarə edir?
- Bakıda "B-04" metrostansiyası bu ərazidə yerləşəcək - Video
- Maliyyə Nazirliyinin kollegiyasının tərkibi genişləndirildi