Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına son 1 həftədə (28.08.2023-03.09.2023) 130 yeni yoluxma faktı qeydə alınıb, 108 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan BUTA.TV-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 2 nəfər vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 832 312 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 821 881 nəfər müalicə olunaraq sağalıb, 10 302 nəfər vəfat edib, aktiv xəstə sayı 129 nəfərdir.
Ölkədə son həftə ərzində 2 744, hazırkı dövrədək isə 7 674 567 test aparılıb.
Qeyd edək ki, koronavirus (COVID-19) infeksiyasına son 1 həftədə (21.08.2023-27.08.2023) 111 yeni yoluxma faktı qeydə alınıb, 26 nəfər müalicə olunaraq sağalıb, analiz nümunələri müsbət çıxan 5 nəfər vəfat edib.
- Saleh Məmmədovun yaxın qohumları işdən azad edildi
- Prezidentin medal verdiyi türk və alman iş adamları kimdir?
- Azərbaycanda universitetdə yanğın
- AMEA-nın vəzifəli şəxsi Türkiyədə öldü
- Qanunsuz yerləşdirilən balıq torları yığışdırıldı - Foto
- İlham Əliyev BƏƏ-nin nümayəndə heyətini qəbul etdi
- Aydın Veysəloğlu ADA tələbələri ilə yenidən görüşdü
- Şagirdlərin çantalarının yoxlanılması... - Sədr