Kürdəmir rayonunda 3 maqnitudalı zəlzələ olub.
BUTA.TV xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi bildirib.
“Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, Kürdəmir stansiyasından 18 km cənubda Kürdəmir ərazisində zəlzələ qeydə alınmışdır. Zəlzələ hiss olunmayıb”, - Mərkəz diqqətə çatdırıb.
Bildirilib ki, yeraltı təkanlar yerli vaxtla saat 01:19-da qeydə alınıb. Təbiət hadisəsinin ocağı 52 km dərinlikdə olub.
Xatırladaq ki, ötən gün axşam saatlarında Kürdəmir rayonunda 5,2 maqnitudalı zəlzələ olub.
- Prezidentin medal verdiyi türk və alman iş adamları kimdir?
- Azərbaycanda universitetdə yanğın
- AMEA-nın vəzifəli şəxsi Türkiyədə öldü
- Qanunsuz yerləşdirilən balıq torları yığışdırıldı - Foto
- İlham Əliyev BƏƏ-nin nümayəndə heyətini qəbul etdi
- Aydın Veysəloğlu ADA tələbələri ilə yenidən görüşdü
- Şagirdlərin çantalarının yoxlanılması... - Sədr
- Prezident Belarusla bağlı bu qanunu təsdiqlədi