Ötən gün baş verən iğtişaşlarla bağlı Kərkük şəhərinin kürd məhəllələrində yaşayan azı 40 nəfər İraq təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb.
BUTA.TV xəbər verir ki, İraq ordusu şəhərin kürdlər yaşayan rayonlarına tam nəzarət edir. Şəhərin məhəllələrində İraqın antiterror xidmətinin qüvvələri yerləşdirilib.
Kərkük polis idarəsi vurğulayıb ki, təhlükəsizlik qüvvələri şəhər ətrafında sərbəst hərəkətə mane olmur və təhlükəsizliyi təmin etməyə çağırır.
Qeyd edək ki, İraq hökumətinin Kərkükdə qərargah binasını KDP-yə (Kürdüstan Demokratik Partiyası) verilməsi qərarı türkmanlar tərəfindən böyük etirazla qarşılanıb.
Türkmanların qətiyyətli etirazından sonra şəhərdə yaşayan kürdlər iğtişaşlar törədərək təhlükəsizlik qüvvələrinə hücum edib.
- Aydın Veysəloğlu ADA tələbələri ilə yenidən görüşdü
- Şagirdlərin çantalarının yoxlanılması... - Sədr
- Prezident Belarusla bağlı bu qanunu təsdiqlədi
- Prezidentdən ASAN Xidmətlə bağlı fərman
- Prezident bir qrup sahibkarı təltif etdi
- DİN-dən bu reklamlarla bağlı vətəndaşlara xəbərdarlıq - Video
- Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri...
- Vüsal Aslanov yeni rəis təyin etdi - Foto