Son bir həftədə Ermənistan ordusunun 8 itkisi var: 3-ü döyüş, 5-i qeyri-döyüş şəraitində.
BUTA.TV xəbər verir ki, bu sözləri Ermənistan parlamentinin “Şərəfim var” fraksiyasının katibi Tiqran Abramyan qeyd edib.
Qeyd edək ki, 1 sentyabrda Ermənistan ordusunun bölmələrinin sərhəddə törətdiyi təxribat və zərbə PUA-sından istifadə etməsi nəticəsində Azərbaycan Ordusunun 3 hərbçisi yaralanıb. Ordumuzun cavab zərbəsi nəticəsində düşmənin verdiyi itkilərin sayı ilə bağlı isə ciddi ziddiyyətlər var.
Belə ki, Ermənistan MN rəsmi açıqlama yayaraq, 4 əsgərinin öldüyünü, 1-nin isə yaralandığını bildirmişdi. Ölənlərin adları da elan edilmişdi. Daha sonra isə 3 əsgərinin öldüyü, 2-nin yaralandığı haqda məlumat verdi. Ancaq ölü kimi elan etdiyi 4 əsgərindən hansının “ölmədiyi”, “yaralı olduğu” barədə məlumat yaymadı.
Bunun ardınca isə Ermənistan ordusunun PUA idarəetmə stansiyasının məhv edildiyi görüntüləri üzə çıxdı. Görüntülər zamanı iki erməni əsgərin də məhv edildiyi erməni Teleqram kanallarında da etiraf olunurdu.
Buna baxmayaraq, Ermənistan MN stansiyanın məhv edilməsi zamanı heç bir itki olmadığını iddia etdi. Lakin cəmi bir gündən sonra iki əsgərinin “yol tikintisi zamanı partlayışda öldüyünü” bildirdi.
Hərbi ekspertlər Ermənistanın 1 sentyabr toqquşmasında real ölü sayını gizlətdiyini, onu tədricən açıqladığını və müxtəlif “qəzalarla” əlaqələndirdiyini bildirir.
- Şagirdlərin çantalarının yoxlanılması... - Sədr
- Prezident Belarusla bağlı bu qanunu təsdiqlədi
- Prezidentdən ASAN Xidmətlə bağlı fərman
- Prezident bir qrup sahibkarı təltif etdi
- DİN-dən bu reklamlarla bağlı vətəndaşlara xəbərdarlıq - Video
- Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri...
- Vüsal Aslanov yeni rəis təyin etdi - Foto
- Bakıda dağılan körpü yenidən tikiləcək