Ukraynanın müdafiə sənayesi görünməmiş şəkildə sürətlə inkişaf edir. Bu, Kiyevə cəbhə xəttindən xeyli kənarda zərbələr endirməyə imkan verir.
BUTA.TV xəbər verir ki, bu barədə CNN-də yayılan məqalədə bildirilib.
Qeyd olunub ki, Ukrayna hücum təyyarələri, dəniz dronlarının istehsalını inkişaf etdirir, həmçinin özünün uzaqmənzilli raketlərinin istehsalına başlayır.
Rusiya ərazisinə kütləvi dron hücumlarından bəhs edilən məqalədə müharibənin yeni mərhələsinin başlandığı vurğulanıb:
"Ukraynanın müharibəni Rusiya ərazisinə keçirtmək istəyinin artması yeni mərhələnin ən dramatik sübutudur. Hava və dəniz pilotsuz təyyarələri, sirli yeni raketlər və komando bölmələri bütün alətlər dəstinin bir hissəsidir. Hədəflər arasında Rusiya aerodromları, hava hücumundan müdafiə sistemləri və gəmilər var. Ukraynanın münaqişəni genişləndirmək üçün çoxlu səbəbləri var".
- Şagirdlərin çantalarının yoxlanılması... - Sədr
- Prezident Belarusla bağlı bu qanunu təsdiqlədi
- Prezidentdən ASAN Xidmətlə bağlı fərman
- Prezident bir qrup sahibkarı təltif etdi
- DİN-dən bu reklamlarla bağlı vətəndaşlara xəbərdarlıq - Video
- Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri...
- Vüsal Aslanov yeni rəis təyin etdi - Foto
- Bakıda dağılan körpü yenidən tikiləcək