Ankara ilə İzmir arasındakı məsafə 14 saatdan 3,5 saata enəcək.
BUTA.TV "TurkicWorld"a istinadən xəbər verir ki, bu barədə Türkiyənin Nəqliyyat və İnfrastruktur naziri Əbdülqədir Uraloğlu deyib.
Nazir Uraloğlu Ankara-İzmir Yüksək Sürətli Qatar Layihəsi ilə bağlı açıqlama verib.
“Eşmə ilə Salihli arasındakı 3 min 47 metr uzunluğundakı "T1" tuneli türk podratçı və mühəndislərinin nəyə nail ola biləcəyini dünyaya göstərdi. Bu tunel iki şəhər arasında səyahət müddətini 3 saat 30 dəqiqəyə endirəcək”, – deyə Uraloğlu bildirib.
O qeyd edib ki, Eşmə ilə Salihli arasındakı hissənin uzunluğu 22 min 730 metr olan 25 tunellə xəttin ən çətin hissələrindən biridir və buradakı 25 tuneldən 7-si tamamlanıb.
“T1” tuneli 3 min 47 metr uzunluğu ilə Eşme-Salihli arasındakı ən uzun və Türkiyədə TBM (tunel açma maşını) ilə açılan ən böyük diametrə sahib tuneldi”, – o bildirib.
- Prezident Belarusla bağlı bu qanunu təsdiqlədi
- Prezidentdən ASAN Xidmətlə bağlı fərman
- Prezident bir qrup sahibkarı təltif etdi
- DİN-dən bu reklamlarla bağlı vətəndaşlara xəbərdarlıq - Video
- Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri...
- Vüsal Aslanov yeni rəis təyin etdi - Foto
- Bakıda dağılan körpü yenidən tikiləcək
- Azərbaycanda Göz Bankı açılacaq