Livanın paytaxtı Beyrut şəhərində Türkiyə vətəndaşı olan TIR sürücüsü Tayar Ökden ermənilərin hücumuna məruz qalıb.
BUTA.TV xəbər verir ki, bu barədə Anadolu Agentliyi məlumat yayıb.
Məlumata görə, hadisə paytaxtın Burc Hammud məhəlləsində baş verib. Sürücü maşındakı yükü iş yerinə boşaltdıqdan sonra ordan ayrılmaq istəyib. Lakin 15-20 nəfər erməni 52 yaşlı sürücünü döyüb, maşının şüşələrini sındırıb və təkərlərini partladıblar. Onlar eyni zamanda TIR-ın üzərindəki “Türkkan” yazısını silib, ingilis dilində söyüş yazıblar.
Polisin hadisə yerinə gəlməsilə ermənilər oradan uzaqlaşıblar.
“Daşnaksütyun”un Livandakı nümayəndəliyi isə hücumla bağlı X sosial şəbəkəsindəki səhifəsində “İnsanlarımız türk TIR-ına əsəblərini göstərərək yoluna davam etməsinə əngəl oldu” cümləsini və fotolar paylaşıb.
Qeyd edək ki, bu gün Livanda bir qrup erməni Azərbaycan səfirliyinə də hücum təşkil edib.
- Məleykə xanım bu xalqdan kimin və nəyin qisasını alır?..
- Ukrayna və İran müharibənin yeni reallığını ortaya çıxardı
- 1677 işçi müqaviləsiz çalışıb: 2,5 milyonluq cərimə...
- 13 yaşlı oğlan faciəvi şəkildə öldü
- Leyla və Arzu Əliyevalara "Qurani-Kərim” hədiyyə olundu
- Azad edilən bu ərazilərə növbəti köç karvanı yola salındı
- Bu gün Bakının bu rayonlarında qaz olmayacaq
- Bu gün Zərifə Əliyevanın doğum günüdür