Müharibə başlayandan bu günə kimi Rusiyanın regionları 511 dəfə PUA hücumuna məruz qalıb.
BUTA.TV xəbər verir ki, bu barədə RBK məlumat yayıb.
Bildirilib ki, ilk PUA hücumu haqqında ötən ilin 19 iyununda Kursk vilayətinin qubernatoru Roman Starovoyt məlumat verib.
“2023-cü ilin 21 mayından 25 iyununa kimi Rusiyada vilayət rəhbərləri PUA hücumları haqqında məlumat veriblər. Avqustun 6-dan isə PUA hücumları haqqında məlumatlar gündəlik verilməyə başlayıb və bu günə kimi davam edir”, - nəşr bildirib.
Məlumata görə, avqustun 30-da Rusiya müharibədən bəri ən böyük PUA hücumuna məruz qalıb. Ukrayna ordusu eyni anda Rusiyanın Pskov, Orlov, Voronej, Ryazan, Kaluqa, Bryansk və Moskva vilayətləri, eləcə də Sevastopola hücum edib. Hətta bu barədə Prezident Vladimir Putuinə də məruzə olunub.
- Məleykə xanım bu xalqdan kimin və nəyin qisasını alır?..
- Ukrayna və İran müharibənin yeni reallığını ortaya çıxardı
- 1677 işçi müqaviləsiz çalışıb: 2,5 milyonluq cərimə...
- 13 yaşlı oğlan faciəvi şəkildə öldü
- Leyla və Arzu Əliyevalara "Qurani-Kərim” hədiyyə olundu
- Azad edilən bu ərazilərə növbəti köç karvanı yola salındı
- Bu gün Bakının bu rayonlarında qaz olmayacaq
- Bu gün Zərifə Əliyevanın doğum günüdür