Ermənistanın Baş naziri Nikol Paşinyan Paris meri Ann Hidalqonun başçılıq etdiyi nümayəndə heyətinin üzvləri ilə işçi nahar edib.
BUTA.TV xəbər verir ki, bu barədə Ermənistan hökuməti məlumat yayıb.
Bildirilib ki, Paşinyan Fransanın bir sıra regionlarının “Qarabağ əhalisi”nə “humanitar yardım” göstərilməsi təşəbbüsünü yüksək qiymətləndirib və təşəkkür edib. Qeyd edib ki, yüklərin daşınmasına mane olan addımlar “Azərbaycanın Dağlıq Qarabağda humanitar böhranın dərinləşməsinə yönəlmiş siyasətinə bir daha dəlalət edir”.
Həmsöhbətlər “Qarabağdakı mövcud vəziyyət”dən çıxmaq üçün addımların atılmasının vacibliyini vurğulayıblar.
Ermənistan-Fransa münasibətləri və cari əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, bu gün Fransadan Qarabağa göndərilən 10 yük maşını “humanitar yardım” Azərbaycanla şərti sərhədə gəlib. “Humanitar karvanı” Parisin meri Hidalqo müşayiət edib.
Daha sonra Hidalqo Gorusa qayıdaraq, Qarabağdakı separatçıbaşı Araikin Xankəndidən qoşulduğu onlayn mətbuat konfransında iştirak edib.
- Bu gün Bakının bu rayonlarında qaz olmayacaq
- Bu gün Zərifə Əliyevanın doğum günüdür
- Bu yolda təhlükəli vəziyyət: hər an çökə bilər - Foto
- Erməni lobbisi azərbaycanlı alimi hədəf aldı
- Bu küçədə hərəkət birtərəfli təmin ediləcək
- Sürücülərin diqqətinə: mayın 15-dək...
- "Ulduz"un qarşısında nəqliyyatın hərəkəti məhdudlaşdırılır
- Ölkədə faktiki hava açıqlandı