Biz Qarabağda Rusiya sülhməramlı kontingentinə qarşı cinayətkar hərəkətlərin və erməni xalqının ayrı-ayrı “nümayəndələrinin” açıq-aşkar nankorluğunun şahidi olduq. Halbuki onlar Rusiyaya həmişəlik minnətdar olmalıdır. Çünki onlar Rusiyanın səyi ilə nəinki Cənubi Qafqazda yaşamaq imkanına, ümumiyyətlə, mövcud olmaq qabiliyyətinə malik olublar. Hamımız tarixi xatırlayırıq ki, erməni xalqını yer üzündən tamamilə yox olmaqdan yalnız Rusiya xilas edib.
Bunu BUTA.TV-a açıqlamasında rusiyalı politoloq Vitali Arkov deyib.
“Artıq məlumdur ki, Qarabağda Rusiya sülhməramlılarının olduğu avtomobilə hücumla baş verən insident həm Xankəndidə, həm də İrəvanda çox konkret dağıdıcı qüvvələrin və siyasi xadimlərin əvvəlcədən planlaşdırılmış çirkin təxribatıdır və regionda yeni genişmiqyaslı müharibə ilə bağlı konkret məqsədlər güdürlər.
Sülhməramlıların davranışı təqdirəlayiqdir, onlar bütün dünyaya qayda-qanunun hərfinə qədər ciddi əməl etdiyini nümayiş etdirərək, Rusiyanın həqiqətən də Qafqaz xalqlarına sülh gətirdiyini bir daha təsdiqlədilər. Amma ən əsası, Ermənistan rəhbərliyi Moskvaya sadəcə izahat verməli və yalnız üzr istəməli deyil, həm də baş verənlərin bütün iştirakçılarının, təşkilatçılarının və sifarişçilərinin müəyyən edilməsi və həqiqətən cəzalandırılması üçün tədbirlər görülməlidir”, - ekspert bildirib.
- Bu gün Bakının bu rayonlarında qaz olmayacaq
- Bu gün Zərifə Əliyevanın doğum günüdür
- Bu yolda təhlükəli vəziyyət: hər an çökə bilər - Foto
- Erməni lobbisi azərbaycanlı alimi hədəf aldı
- Bu küçədə hərəkət birtərəfli təmin ediləcək
- Sürücülərin diqqətinə: mayın 15-dək...
- "Ulduz"un qarşısında nəqliyyatın hərəkəti məhdudlaşdırılır
- Ölkədə faktiki hava açıqlandı