Afrika AB maraqlarına zidd olan silsilə çevrilişlərlə üzləşir.
BUTA.TV xəbər verir ki, bunu Avropa Parlamentinin müdafiə komitəsinin Fransadan olan deputatı Natali Luazo deyib.
“Demokratiyaları, seçilmiş dövlət və hökumət başçılarını, maraqlarımızı, müdafiə etdiyimiz dəyərlərimizi təhdid edən silsilə hərbi çevrilişlər görürük. Biz liderliyimizi, birliyimizi gücləndirməli, dəyərlərimizi bölüşənlərə dəstək olmalıyıq”, - Luazo bildirib.
Onun sözlərinə görə, AB-nin rolunu gücləndirmək üçün xüsusilə, ümumi Avropa müdafiəsinin qurulmasını sürətləndirmək lazımdır.
Qeyd edək ki, bu gün Qabonda ordu tərəfindən hərbi çevriliş edilib.
- Bu gün Bakının bu rayonlarında qaz olmayacaq
- Bu gün Zərifə Əliyevanın doğum günüdür
- Bu yolda təhlükəli vəziyyət: hər an çökə bilər - Foto
- Erməni lobbisi azərbaycanlı alimi hədəf aldı
- Bu küçədə hərəkət birtərəfli təmin ediləcək
- Sürücülərin diqqətinə: mayın 15-dək...
- "Ulduz"un qarşısında nəqliyyatın hərəkəti məhdudlaşdırılır
- Ölkədə faktiki hava açıqlandı